• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - BU TARİXDƏN

    22

    dek

    Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - BU TARİXDƏN

    Bakıda və Abşeron yarımadasında dekabrın 23-ü gündüzdən 24-ü səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Ekologiya.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
     
    Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var.
     
    Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.

    Tarix : 22-12-2023, 17:54 | Oxunub: 7 889