• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI

    04

    fev

    Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI

    Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar idarələrinin adları və təşkilati hüquqi formaları dəyişdirilib.

    Bununla bağlı müvafiq qərar verilib.

    Qərara əsasən, muxtar respublikanın şəhər və rayonları üzrə 8 qurumun idarə statusu ləğv edilib.

    Belə ki, Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdakı bu qurumlar yeni ad və təşkilati hüquqi forma ilə fəaliyyətlərini davam etdirəcəklər.

    Həmin qurumlar qeyd olunan şəhər və rayonlar üzrə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib./İqtisadiyyat.az

    yeni qurumlar.jpg (124 KB)


    Tarix : 4-02-2024, 19:26 | Oxunub: 1 812