• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yol nişanlarında YENİ DƏYİŞİKLİK təklifi

    04

    iyn

    Yol nişanlarında YENİ DƏYİŞİKLİK təklifi

    "Yol hərəkəti haqqında" Qanuna məlumatverici-göstərici nişanlarla bağlı dəyişiklik təklif olunur.

    Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    Mövcud qanunvericiliyə görə, məlumatverici nişanlar düzbucaq formasında olur, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub. Bu qrup nişanların müxtəlif fonları var. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları deməkdir.

    Layihədə isə təklif olunur ki, göy fon avtomagistral və bütün avtomobil yollarını ifadə etsin.

    Tarix : Bu gün, 14:47 | Oxunub: 136