• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN əməliyyat keçirib:111 nəfər saxlanılıb

    06

    iyn

    DİN əməliyyat keçirib:111 nəfər saxlanılıb

    İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

    Tarix : Bu gün, 11:55 | Oxunub: 120