Bakının Yasamal rayonunda skamyada oturan gənclərin üzərinə ağac aşıb.
Hadisə nəticəsində gənclərdən biri yüngül xəsarət alıb.
Xatırladaq ki, son bir neçə gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi.
Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.

