Şərqi Çinə güclü küləklər və leysan yağışları gətirəcək "Bavi" qasırğası ilə əlaqədar narıncı təhlükə səviyyəsi elan edilib.

Ekologiya.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Milli Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu, cari ildə Çinə doğru irəliləyən sayca doqquzuncu qasırğadır.

Proqnozlara görə, "Bavi" saatda 15-20 km sürətlə şimal-qərbə doğru hərəkət edəcək.