Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri tərəfindən Axar-Baxar və İlisu milli parklarının yaradılmasının məqsədi, bu ərazilərin zəngin bioloji müxtəlifliyi, nadir flora və fauna növləri, ekosistemlərin qorunmasında milli parkların rolu, eləcə də xüsusi mühafizə olunan təbiət ərazilərinin dayanıqlı idarə olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan görüş zamanı iştirakçılar milli parkların təbii irsinin qorunması, biomüxtəlifliyin saxlanılması, ekoloji tarazlığın təmin edilməsi və ekoturizmin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Könüllülərin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Tədbirin məqsədi gənclər arasında təbiətin mühafizəsi sahəsində maarifləndirmənin gücləndirilməsi, milli parklara ictimai marağın artırılması və ekoloji məsuliyyət hissinin təşviq edilməsidir.