• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Botanika İnstitutu: Lerik rayonundan 105 nüsxə mamır növləri toplanıb

    13

    fev

    Botanika İnstitutu: Lerik rayonundan 105 nüsxə mamır növləri toplanıb

    Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda uğurlu elmi tədqiqatlar aparılır. Ötən il Lerik rayonundan 105 nüsxə mamır növləri toplanıb.


    Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, araşdırmalar nəticəsində ərazi üçün 25 fəsiləyə, 46 cinsə aid 73 takson yarpaqgövdəli mamır aşkar olunub və bioloji herbari fondunun elektron məlumat bazasına daxil edilib.


    Bioekoloji təhlillər sayəsindəki yarpaqgövdəli mamır növlərinin mezofit və mezokserofit, kseromezofit ekoloji qrupların üstünlüyünə əsasən inkişaf edərək yayıldığı göstərilib. Bu, həmin rayonun təbii-coğrafi və iqlim şəraitinin (meşə massivi, bulaqlar, çayların və rütubətli iqlim olması) rütubəti çox sevən briofitlərin orada yayılmasına göstərdiyi müsbət təsirlə əlaqələndirilib.

    Tarix : 13-02-2024, 20:20 | Oxunub: 1 917