• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Milli məkan məlumatlarının monitorinqi qaydası təsdiqləndi

    14

    fev

    Milli məkan məlumatlarının monitorinqi qaydası təsdiqləndi

    Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib.

    Ekologiya.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, İqtisadiyyat Nazirliyi “Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır.

    Milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən istifadə edilməlidir.

    Tarix : 14-02-2024, 20:23 | Oxunub: 1 716