Fevralın 16-sı səhər saatlarından başlayaraq Quba və Qusar rayonlarının dağlıq ərazilərinə əvvəlcə sulu qar, daha sonra isə qar yağmağa başlayıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Qubanın Xınalıq kəndində 4, Xaltanda 2 santimetrə qədər qar var.

Quba və Qusarın rayon mərkəzlərinə isə sulu qar yağır.


Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.