• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yol Patrul Xidməti əməkdaşları avtomobil yolunun kənarında ov tüfəngi aşkar ediblər

    16

    fev

    Yol Patrul Xidməti əməkdaşları avtomobil yolunun kənarında ov tüfəngi aşkar ediblər

    Yol Patrul Xidməti (YPX) əməkdaşları respublika əhəmiyyətli avtomobil yolunun kənarında silah aşkar ediblər.


    Dövlət Yol Polis (DYP) İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində xidmət aparan Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yolun kənarında, torpaq sahədə kisəyə bükülmüş qoşalülə ov tüfəngi aşkar edilib. Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.


    Ümumiyyətlə, ötən il ərzində Dövlət Yol Polis xidmətinin əməkdaşları tərəfində 14 avtomat, 11 tüfəng, 1 tapança, 30 avtomat sandıqcası, 3 əl qumbarası, süngü bıçaq, döyüş patronu olmaqla xeyli sayda silah-sursat aşkarlanıb.

    DYP xidməti inzibati hüquqpozmalarla yanaşı, cinayətkarlığa qarşı mübarizə tədbirlərini də əzmlə davam etdirir.

    Tarix : 16-02-2024, 20:26 | Oxunub: 2 894