• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ERMƏNİLƏRƏ işğal etdikləri Qazaxın kəndlərinə giriş qadağan edildi, təhvil-təslim prosesi gedir, Azərbaycandan növbəti QƏLƏBƏ - TƏCİLİ AÇIQLAMA

    04

    mar

    ERMƏNİLƏRƏ işğal etdikləri Qazaxın kəndlərinə giriş qadağan edildi, təhvil-təslim prosesi gedir, Azərbaycandan növbəti QƏLƏBƏ - TƏCİLİ AÇIQLAMA

    “Anklavlarla bağlı bütün proses başa çatıb, yalnız təhvil-təslim və texniki məsələlər qalıb”.

    Bu barədə erməni politoloq Alen Qevondyan Qazaxın hələ də erməni işğalında qalan kəndindən birinə - Yuxarı Əskipara kəndinə girmək istəyən “döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyanın saxlanılması haqda danışarkən deyib.

    Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq.

    “Ermənistan vətəndaşları həmin ərazilərə buraxılmır. Tezliklə azərbaycanlılar orada peyda olacaq. Lakin Azərbaycan anklavlarla əlaqə üçün yol da istəyir. Bu məsələ lazım olarsa, hərbi yolla həll ediləcək”, - Alen Qevondyan deyib.

    O hesab edir ki, azərbaycanlılar bu ərazilərə, o cümlədən, Ermənistanın digər yerlərinə qayıdandan sonra onların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq struktur yaradıla bilər. (Publika.az)

    Tarix : 4-03-2024, 19:33 | Oxunub: 4 092