• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güngör Yavuzaslan: Qərbi Zəngəzur həqiqətlərini dünyaya doğru tanıtmaq olduqca vacibdir

    07

    mar

    Güngör Yavuzaslan: Qərbi Zəngəzur həqiqətlərini dünyaya doğru tanıtmaq olduqca vacibdir

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Zəngəzurdan bəhs etdi və bu mövzu ilə bağlı danışdı. O gündən bu mövzu həm Türkiyə ictimaiyyəti, həm də beynəlxalq səviyyədə gündəm mövzularından birinə çevrildi. Bu baxımdan davamlı diplomatik səylər, eləcə də gənclərin buna baxışı olduqca vacibdir.


    Bu fikirləri AZƏRTAC-a müsahibəsində türkiyəli siyasi ekspert Güngör Yavuzaslan qeyd edib.


    Artıq istər Azərbaycan, istərsə də Türkiyədə Qərbi Zəngəzurla bağlı tədbirlərin keçirildiyini qeyd edən ekspert bildirib ki, bu bölgələri - Qərbi Zəngəzur həqiqətlərini dünyaya doğru tanıtmaq olduqca vacibdir.


    “Türk dünyasının Qərbi Azərbaycan strategiyası, oradaki tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması zəruridir. Azərbaycan Prezidenti İlham Əliyev yeni dövrün strategiyasını müəyyən etdi, işğal altındakı torpaqlar azad edildi. İndi Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vaxtı gəlib”.

    Tarix : 7-03-2024, 18:12 | Oxunub: 66