• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BDU-da enerji problemlərinə dair elmi tədqiqatlar aparılır

    14

    mar

    BDU-da enerji problemlərinə dair elmi tədqiqatlar aparılır

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Fiziki elektronika kafedrasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji problemlərinə həsr olunmuş elmi seminar keçirilib.


    BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda kafedranın dosenti Şahin Ələkbərov “Müasir dünyada enerji problemi, klassik və bərpa olunan enerji mənbələri, enerjinin akkumulyasiyası və çevrilməsi” mövzusunda məruzə edib. 


    O bildirib ki, ənənəvi və bərpaolunan enerji mənbələri sahələrində enerji istehsalı problemləri ciddi maraq kəsb edir. Bu istiqamətdə aparılan tədqiqatların əsas məqsədi enerjinin akkumulyasiyası, saxlanılması, çevrilməsi və enerji tələb olunan qurğulara ötürülməsi kimi məsələlərin həll edilməsidir. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fakültə alimləri tərəfindən bu problemə diqqətin ayrılmasını zəruri edir.

    Daha sonra məruzəçi müxtəlif enerji mənbələrinin elmi və praktik məqsədlərlə müxtəlif sahələrdə tətbiqi haqqında ətraflı məlumat verib. Müxtəlif enerji mənbələrinin ekologiya, təhlükəsizlik və iqtisadi səmərəlilik baxımından müqayisəli təhlilini təqdim edib.


    Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

    Tarix : 14-03-2024, 18:47 | Oxunub: 1 991