• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava şəraiti dəyişəcək bu ərazilərə qar yağacaq - Xəbərdarlıq

    15

    mar

    Hava şəraiti dəyişəcək bu ərazilərə qar yağacaq - Xəbərdarlıq

    Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra bu ün axşamdan şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

    Tarix : 15-03-2024, 14:39 | Oxunub: 327