• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda vulkan püskürməsi və xəlzələ ilə bağlı ANONS VERİLDİ - Bu bölgələrdə yaşayan vətəndaşlar DİQQƏTLİ OLSUN!

    17

    noy

    Azərbaycanda vulkan püskürməsi və xəlzələ ilə bağlı ANONS VERİLDİ - Bu bölgələrdə yaşayan vətəndaşlar DİQQƏTLİ OLSUN!

    Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq Vulkanizmi Şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev mətbuata açıqlamasında bildirib ki, gələn il Azərbaycanda vulkan püskürəcək.

    Onun sözlərinə görə, vulkanların qorunması hər zaman diqqət mərkəzindədir və ehtiyac olanda vulkanların monitorinqi aparılır.

    Bəs Azərbaycanda vulkan püskürməsi, zəlzələ ocaqlarının oyanmasına və dağıdıcı zəlzələnin baş verməsinə səbəb ola bilərmi?

    Ekologiya.az xəbərinə görə, əsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mediyaya açıqlamasında bildirib ki, vulkan püskürməsi ilə zəlzələ arasında qarşılıqlı əlaqə var:

    “Əgər vulkan zəlzələ ocağının yanındadırsa və zəlzələ ocağında hazırlıq varsa, bu zaman, bəlkə də, bir qədər təsiri ola bilər. Əslində zəlzələ bir az güclü olanda vulkanın hazırlığı varsa onu daha tez oyadır. Bunlar qarşılıqlıdır. Dediyim kimi əgər zəlzələ ocağı vulkanın püskürdüyü əraziyə yaxındırsa, ona təsir etmə ehtimalı var. Əgər orada enerji toplanıbsa, gərginlik varsa, zəlzələ ehtimalı bir qədər artır. Amma bu hər hansısa bir dağıdıcı zəlzələnin baş verəcəyini ehtimalını artırmır. Narahatlıq yaradan bir vəziyyət deyil”.

    Vulkan püskürməsinə zəlzələlərin baş verməsi, seysmik aktivliyin artmasının təsir edir. Lakin bir daha bildirmək istəyirəm ki, naraht olmağa ehtiyac yoxdur – deyə Qurban Yetirmişli əlavə edib.

     AMEA-nın akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Refernas.az-a bildirib ki, palçıq vulkanları yerin daha çox üst qatına yaxın olduğu üçün yerin dərinliklərinə tam təsir edə bilmir:

    “Bu vulkanlar planetdə əsasən neft-qaz yataqlarının ilkin mayakları kimi təqdim olunur. Ən çox palçıq vulkanları Azərbaycan ərazisində daha çox Qobustanda, Abşeron yarımadasının bəzi hissələrində və Xəzər dənizinin dibində də palçıq vulkanlarının püskürməsi halları olub. Bu vulkanlar yerin daha çox üst qatındadır. Ümumiyyətlə, palçıq vulkanlarının öyrənilməsi Azərbaycanda yüksək səviyyədədir. Coğrafiya institutunda da bu sahədə bəzi tədqiqatlar aparılır”.

    Qurum rəsmisi qeyd edib ki, palçıq vulkanının təssərrüfata ən çox ziyanı bundan ibarətdir ki, onun içindən çıxan ağır gil torpaq ətrafa yayılır və onlar münbit torpaqları sıradan çıxara bilir. Onun sözlərinə görə, həmin palçıq uzun müddətə bərkiyir və onun torpağa çevirilmə prosesi olduqca uzun zaman alır.

    Tarix : 17-11-2023, 14:05 | Oxunub: 4 242