• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən...

    09

    apr

    Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən...

    Aprelin 11-dən Azərbaycanda hava şəraitin küləkli və yağıntılı olacağı gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında da aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

    Tarix : 9-04-2024, 19:34 | Oxunub: 198