• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zakir Həsənov İordaniya Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

    14

    apr

    Zakir Həsənov İordaniya Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub.

    Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

    Mərkəzdə Baş direktor polkovnik Nael Alşqirat ilə görüş keçirilib, bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

    General-polkovnik Z.Həsənov Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzi ilə tanış olub. Müdafiə nazirinə mərkəzin əsas fəaliyyət istiqaməti və burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

    Müdafiə naziri daha sonra Kral Hərbi Hava Qüvvələri Komandanlığına gəlib.

    General-polkovnik Zakir Həsənov burada İordaniyanın Kral Hərbi Hava Qüvvələri komandanı general-mayor Məhəmməd Hyasat ilə görüşüb.

    Görüşdə hərbi, hərbi təhsil və hərbi texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

    Tarix : 14-04-2024, 15:57 | Oxunub: 1 984