• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezident: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

    16

    apr

    Prezident: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

    Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

    Ekologiya.az xəbər verir ki, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlət başçısı deyib:

    “Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

    Tarix : 16-04-2024, 20:26 | Oxunub: 69