• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

    22

    apr

    Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

    Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək.

    Trend-in məlumatına görə, bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir

    Tarix : 22-04-2024, 11:29 | Oxunub: 111