• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan olacaq, şimşək çaxacaq

    22

    noy

    Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan olacaq, şimşək çaxacaq

    Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

    Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.

    Tarix : 22-11-2023, 12:04 | Oxunub: 1 899