• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

    03

    may

    Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

    Mayın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Seminar keçirilib.

    Trend xəbər verir ki, giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tədbirin əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş işlər və həyata keçirilən tədbirlər, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmi barədə məlumat verib.

    Seminar zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı verilmiş suallar cavablandırılmaqla geniş fikir mübadiləsi aparılıb.



    Tarix : 3-05-2024, 11:46 | Oxunub: 48