• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ərazilərdə külək əsib, qar yağıb, Xəzər dənizində isə dalğanın hündürlüyü 3.4 metrə çatıb

    07

    may

    Bu ərazilərdə külək əsib, qar yağıb, Xəzər dənizində isə dalğanın hündürlüyü 3.4 metrə çatıb

    Mayın 6-da axşam saatlarında, əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.


    Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrdir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15°, Naxçıvan Muxtar Respublikasında 9°, Aran rayonlarında 22°, dağlıq

    Tarix : 7-05-2024, 11:00 | Oxunub: 81