• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda sürüşmə zonalarının xəritəsinin hazır olacağı vaxt açıqlanıb

    10

    may

    Azərbaycanda sürüşmə zonalarının xəritəsinin hazır olacağı vaxt açıqlanıb

    Azərbaycanda sürüşmə zonalarının yeni xəritəsi ilin sonuna qədər müvafiq qurumlara təsdiq olunması üçün təqdim olunacaq. Sürüşmə zonalarının sonuncu xəritəsi 2015-ci ilin mart ayında Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

    Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

    O bildirib ki, həmin xəritədə sürüşmə zonalarının koordinatları göstərilməklə ərazi olaraq konturlanıb.


    "Ötən illər ərzində yenə yeni sürüşmə sahələri yaranıb, hansı ki, xəritələrdə o yoxdur. Ölkəmizdə 99 lokal sürüşmə sahəsi xəritədə var idi. Artıq bu il müəyyən edilmiş 46 lokal sürüşmə sahəsinin xəritələnməsinə başlanılıb.

    Bu ilin əvvəlindən 12 sürüşmə sahəsini xəritələmişik və proses davam edir. Bu yerlər Astara, Lerik və Lənkəran rayonları ərazisindədir. Mütəxəsisslərimiz sürüşmə zonalarının xəritələməyə ilk olaraq cənub zonasından başlayıb. Çünki sürüşmə zonalarının çoxu cənub bölgəsindədir. Yeni xəritədə 99 deyil, 145 lokal sürüşmə sahəsi ola bilər. Lakin bu rəqəm də dəyişə bilər. Çünki işin gedişində əlavə sahələr də xəritələnə bilər", - deyə o qeyd edib.

    Tarix : 10-05-2024, 14:50 | Oxunub: 51