• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

    20

    may

    Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

    Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Regional iqlim dəyişmələri: qarşıda duran əsas vəzifələr” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.


    Bu barədə institutdan məlumat verilib.


    Alim şıxışında COP29, onun yaranma tarixi, Azərbaycan üçün əhəmiyyəti haqqında ətraflı məlumat məlumat verib. O, həmçinin iqlim dəyişmələri və hidrometeorologiyanın müasir aktual problemlərindən, xüsusən də iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsindən və Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirindən söhbət açıb.

    Tarix : 20-05-2024, 12:35 | Oxunub: 2 491