• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 28 dərəcə isti olacaq - Sabaha gözlənilən hava proqnozu açıqlanıb

    27

    may

    28 dərəcə isti olacaq - Sabaha gözlənilən hava proqnozu açıqlanıb

    Azərbaycanda mayın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.


    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

    Tarix : 27-05-2024, 17:25 | Oxunub: 3 189