• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib

    27

    noy

    Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib

    Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

    Ekologiya.az bildirir ki, tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak edib.

    Görüşdə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən istismar müddəti bitmiş binaların söküntüsü və yeni binaların inşası zamanı  yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılıb. 

    İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri,  eləcə də mövcud yaşıllıqların landşaft elementi kimi qorunması məsələləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.

    Tarix : 27-11-2023, 15:01 | Oxunub: 1 932