• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev: Azərbaycan COP29-un uğuru üçün digər ölkələrlə fəal qarşılıqlı fəaliyyət göstərir

    10

    iyn

    Muxtar Babayev: Azərbaycan COP29-un uğuru üçün digər ölkələrlə fəal qarşılıqlı fəaliyyət göstərir

    Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi seçildiyi gündən digər ölkələr və maraqlı tərəflərlə fəal qarşılıqlı əlaqələr qurub.

    Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.

    M.Babayev qeyd edib ki, COP29-un rəhbərliyi bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində çoxsaylı görüşlər keçirib: “Biz noyabrda COP29-un uğurla keçirilməsi üçün bu qarşılıqlı əlaqəni davam etdirəcəyik”.

    Tarix : 10-06-2024, 12:02 | Oxunub: 4 800