• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bitkilərin məhsuldarlığının 14-20 faiz azalması, mal-qaranın sağlamlığına ciddi təhdiddir - DÜNYA BANKI

    29

    noy

    Bitkilərin məhsuldarlığının 14-20 faiz azalması, mal-qaranın sağlamlığına ciddi təhdiddir - DÜNYA BANKI

    Yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2060-cı ilədək orta hesabla 14-20 faiz azalacağı proqnozlaşdırılır. Yüksək dəyərə malik bitkilərdə isə daha çox azalma müşahidə ediləcək.

    Ekologiya.az bildirir ki, bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub.

    Hesabatda bildirilib ki, hazırda ölkəmizdə suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir: “Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnəcək”.

    “Heyvandarlığın da oxşar tendensiyaya məruz qalacağı gözlənilir. Nəticə etibarı ilə bütün bunlar mal-qaranın sağlamlığına birbaşa təsir edəcək”, - deyə vurğulanıb.//APA

    Tarix : 29-11-2023, 18:48 | Oxunub: 2 876