• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 3 polisi qətlə yetirən şəxsin zərərsizləşdirildiyi görüntülər - FOTO

    26

    iyn

    3 polisi qətlə yetirən şəxsin zərərsizləşdirildiyi görüntülər - FOTO

    Xəbər verdiyimiz kimi, iyunun 24-də Xəzər rayonunda 3 polis əməkdaşını qətlə yetirən şəxs hadisə yerində zərərsizləşdirildi.

    Ekologiya.az Sitat.info-ya istinadən xəbər verir ki, cinayəti törədən Allahverdiyev Rövşən Oqtay oğlunun zərərləşdirildiyi anın fotosunu əldə edib.

    Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş və axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

    O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.



    Tarix : 26-06-2024, 16:26 | Oxunub: 3 016