• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda vətəndaşlardan 7 ədəd ov, “Kalaşnikov” və “TT” markalı tapança  silahları götürülüb/VİDEO

    18

    yan

    Bakıda vətəndaşlardan 7 ədəd ov, “Kalaşnikov” və “TT” markalı tapança silahları götürülüb/VİDEO

    Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları son bir neçə gün ərzində keçirilən tədbirlərlə Bakıda vətəndaşlardan 20 silah götürüb.

    Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib.

    Belə ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb.

    Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

    Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb

    Yanvar ayının əvvəlindən hüquqpozmalara qarşı Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində müxtəlif inzibati qayda pozuntusu törədən ümumilikdə 655 şəxs də müəyyən edilib və həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.

    Tarix : 18-01-2024, 16:51 | Oxunub: 2 921