• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

    26

    iyn

    Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən bildirilib.

    Məlumata görə, bu gün günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi iyunun 27-si səhər saatlarına kimi davam edəcək: "Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 4,5-5,5 metrə çatacağı proqnozlaşdırılır".

    Tarix : 26-06-2024, 20:42 | Oxunub: 1 528