• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • GƏMİLƏRƏ XƏBƏRDARLIQ edildi - aprelin 15-dən...

    14

    apr

    GƏMİLƏRƏ XƏBƏRDARLIQ edildi - aprelin 15-dən...

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Musavat.com-un məlumatına görə, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

    Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

    Tarix : 14-04-2025, 15:30 | Oxunub: 808