Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, həyata keçirilən digər əməliyyat tədbirləri ilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.


Hər iki faktla bağlı araşdırma aparılır.