• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb - Faktiki hava

    11

    iyl

    Hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb - Faktiki hava

    İyulun 11-i saat 10:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.


    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a bildirilib ki, yağıntının miqdarı Gədəbəydə 3 millimetr, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 millimetrədək olub.

    Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 metr/saniyə, Naxçıvanda isə 16 metr/saniyəyədək güclənib.


    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.

    Tarix : 11-07-2024, 10:26 | Oxunub: 2 328