• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şüvəlanda çimərlik ərazisində silahlar aşkarlandı

    12

    iyl

    Şüvəlanda çimərlik ərazisində silahlar aşkarlandı

    Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində silahlar aşkar olunub.

    Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətindən məlumat verilib.

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazidə Nəsirov Fərid Babaəli oğluna məxsus 24 ədəd tüstü bombası, 11 ədəd 5,45 mm və 22 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd süngü bıçaq, 1 ədəd fişəng tapançası aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 12-07-2024, 16:50 | Oxunub: 2 048