Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri və Tovuz, Quba, Xaçmaz, Cəbrayıl rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.

Ekologiya.az bildirir ki, araşdırma zamanı Gəncə şəhəri Şəddadilər küçəsi 106 saylı evin qarşısındakı ərazidə Gəncə şəhər sakini Nazim Hüseynzadə tərəfindən 12 ədəd kolun, Tovuz rayonunun inzibati ərazisində, bələdiyyəyə məxsus torpaq sahəsində Tovuz rayonu Düz Qırıqlı kənd sakini Şahin Hacıyev tərəfindən 2 ədəd, Quba rayonu Dəvədabanı massivində, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Quba şəhər sakini Tərlan Şahmərdanov tərəfindən 17 ədəd,  Xaçmaz rayonu Mürşüdoba kəndinin inzibati ərazisində Xaçmaz şəhər sakini Əşrəf Osmanov tərəfindən 3 ədəd, Nərəcan kəndinin inzibati ərazisində Ağtala kənd sakini Daşqın Qəniyev tərəfindən 8 ədəd ağacın kəsildiyi müəyyən edilib.

Faktlarla bağlı adıçəkilən şəxslər barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.