Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Könüllülər” layihəsi çərçivəsində videoçarx hazırlanıb.
“Yaşıl Könüllü” adlı videoçarxda bir pianoçunun barmaqlarının toxunuşu ilə insanlara musiqi zövqü yaşatdığı kimi hər kəsin də ətraf mühitə qayğı ilə yanaşıb estetik zövq yaşatmalarını istəməsindən bəhs edilir.
Qeyd edək ki, layihə rəhbəri İmaməddin Quliyev, ssenari Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev, operator İlkin Mehtiyev, montaj Arzum Nuruşzadə, pianoçu Səba Qafarlı, səsləndirən isə Səma İsalıdır.
Layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Eyni zamanda layihə 2024-cü ildə Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29 kimi əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtda ətraf mühitin mühafizəsinə xidmət etməklə keçiriləcək tədbirlərə dəstək olmaq məqsədi daşıyır. Ekologiya.az