Əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Göygöl, Gəncə, Yevlax, Şahdağ, Şəki, Oğuz və İsmayıllıda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34°, Naxçıvan Muxtar Respublikasında 35°, Aran rayonlarında 36°, dağlıq rayonlarda 23°-dək isti olub.