• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İsmayıllıda ət satışı məntəqəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

    15

    sen

    İsmayıllıda ət satışı məntəqəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində İsmayıllı rayonunun Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Şirvan Aslan oğlu Salmanova məxsus ət satışı məntəqəsində yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb.

    Tarix : 15-09-2025, 16:16 | Oxunub: 1 096