• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutları açılacaq

    19

    iyl

    Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutları açılacaq

    Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb.

    Bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

    O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib:

    "Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək".

    Ekologiya.az

    Tarix : 19-07-2024, 18:25 | Oxunub: 1 704