• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Seysmoloqdan TƏCİLİ XƏBƏRDARLIQ: Bu 4 şəhərdə 7,5 və 7,8... - FOTO

    26

    iyl

    Seysmoloqdan TƏCİLİ XƏBƏRDARLIQ: Bu 4 şəhərdə 7,5 və 7,8... - FOTO

    Seysmoloq Osman Bektaş Türkiyənin Tokatın Sulusaray rayonunda baş verən zəlzələ ilə bağlı qiymətləndirmə apararaq 4 şəhərlə bağlı xəbərdarlıq edib.

    Sosial media hesabından açıqlama verən seysmoloq son günlər baş verən zəlzələlər haqqında danışıb. Daha sonra isə o Tokat, Çorum, Adana və Mersinə xəbərdarlıq edib.

    O, dağıdıcı olmayan zəlzələrin olacağını deyib:

    “Müşahidə zamanı məlum olub ki 7 ballıq fay xətti var. Yeraltı nasazlıqlar onu göstərir ki, 7 baldan kiçik zəlzələlər ola bilər. Şərqi Anadolu fay sisteminə bağlı olan 7,8 və 7,5 Maraş zəlzələ cütü, Malatya-Adana-Mersini qarşılıqlı təsir edən Şimali Anadolu fay sistemini də aktivləşdirir”. (Publika.az)

    Tarix : 26-07-2024, 19:43 | Oxunub: 1 880