Ekologiya.az xəbər verir ki, məşhur seysmoloq Naci Görür Kafa TV-yə açıqlamasında bu dəfə 18 vilayətlə bağlı xəbərdarlıq edib.
Bəs hansı əyalətlər fay xətti üzərindədir?
N.Görür onları bir-bir sadalayıb - Əskişəhər, Dənizli, Muğla, Ərzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari. Zəlzələ üzrə mütəxəssis Naci Görür 16 vilayət və bir çox mahalın fay xətləri üzərində yaşadığını bildirərək təəccüblü açıqlamalar verib. Görür KAFA TV-də yayımlanan Merkez Üssü proqramında Candaş Tolga Işıkın suallarını cavablandırıb. Prof. Dr. Görür, bu vilayətlərin altından keçən qırılmaların 7 və daha çox bal gücündə zəlzələlərə səbəb ola biləcəyinin vurğuladı. Fay ilə bağlı şəhərləri şəxsən sadalayan Prof. Dr. Naci Görür, “Təəssüf edirəm ki, bu vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq” deyib.
Digər tərəfdən Naci Görür zəlzələ gecəsi yaşadığı hadisəni danışarkən göz yaşlarını saxlaya bilməyib.
