• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rusiyada havanın temperaturu qəfil mənfi 56 dərəcəyə düşüb - FOTOLAR

    05

    dek

    Rusiyada havanın temperaturu qəfil mənfi 56 dərəcəyə düşüb - FOTOLAR

    Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada temperatur mənfi 56 dərəcəyədək düşüb.

    Bu barədə Rusiya Milli Meteorologiya Xidməti məlumat yayıb:

    “Dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir”.

    Bildirilib ki, Moskvada qarın qalınlığı 35 santimetrə çatıb. Hətta Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb.

    Vurğulanıb ki, bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.

    Tarix : 5-12-2023, 02:31 | Oxunub: 117