• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev: "Tikinti sektorunun emissiyalarda payı 21 % təşkil edir"

    30

    iyl

    Muxtar Babayev: "Tikinti sektorunun emissiyalarda payı 21 % təşkil edir"

    Azərbaycanda tikinti sektorunun ətraf mühitə buraxılan emissiyalarda payı 21 % təşkil edir.

    Ekologiya.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada bildirib.

    Onun sözlərinə görə, aviasiya və gəmiçilik sektorlarının emissiyalarda payı isə 2 % ətrafındadır.

    "Binalar enerji istehlakının 40 %-ni təşkil edir və bundan əlavə tikinti işləri havada böyük miqdarda toz yaradır. Bu da ürək-damar, tənəffüs xəstəliklərinə yol açır", - deyə nazir əlavə edib.

    Tarix : 30-07-2024, 14:20 | Oxunub: 1 944