• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Babək və Culfa rayonlarında güclü yanğın olub

    05

    avq

    Babək və Culfa rayonlarında güclü yanğın olub

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Qızılca kəndində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhər Nazim Hikmət və Şəhriyar küçələrində, Babək rayonu Cəhri qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.


    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan şəhər, Babək və Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.


    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

    Tarix : 5-08-2024, 09:56 | Oxunub: 1 584