• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq

    06

    dek

    Hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq

    Azərbaycanda dekabrın 6-na hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-13° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.

    Tarix : 6-12-2023, 10:11 | Oxunub: 2 641