• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Bakıda suyun verilməsində fasilə yaranacaq

    19

    avq

    Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Bakıda suyun verilməsində fasilə yaranacaq

    Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.


    Bu barədə AZƏRTAC-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.


    Bildirilib ki, avqustun bu gündən başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.


    Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

    Tarix : 19-08-2024, 10:00 | Oxunub: 7 192