Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 7.628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

APA-nın yerli vürosu xəbər verir ki, həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.