• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Avropa İttifaqı ilə yaşıl enerjinin tədarükü və COP29 üzrə əməkdaşlıq müzakirə olunub

    03

    okt

    Avropa İttifaqı ilə yaşıl enerjinin tədarükü və COP29 üzrə əməkdaşlıq müzakirə olunub

    Energetika naziri Pərviz Şahbazov Braziliyada Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz təchizatı və yaşıl enerjinin tədarükü layihələri, həmçinin COP29 üzrə əməkdaşlığı dəyərləndirib.


    AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.


    “COP29-un enerji təşəbbüsləri, “Enerji Günü”nə planlaşdırılan tədbirlər, Aİ-nin iştirakı ilə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinə həsr olunmuş yüksək səviyyəli iclasda layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin təqdimatı və gələn il PMI statusuna müraciətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.

    Tarix : 3-10-2024, 11:13 | Oxunub: 1 360